Həftənin ən şıq qadınları - Fotolar
Bizi izləyin

Tabloid.az

Həftənin ən şıq qadınları - Fotolar

Bu həftə əksər məşhurları Paris moda həftəsində gördük. Moda həftəsində dəb yarışına girən məşhurlar bir-birindən şıq və dəbli libasları ilə göz oxşayırdılar. Lakin dəb həftələrində iştirak etməyən ulduzlar da onlardan geri qalmırdılar. Tabloid.az xəbər verir ki, Rusiya mətbuatı həftənin ən şıq qadınlarını müəyyənləşdirib. Onları siz də tanıyın.

Rozi-Hanqtinqton Uaytli

Рози Хангтингтон-Уайтли в Balmain

Model gözəl və uzun ayaqlarını nümayiş etdirən qısa don geyinib. Onun "Balmain" moda evinin kruiz kolleksiyasından geyindiyi ağ donunu "Giuseppe Zanotti " brendinin ilan dərisindən olan ayaqqabısı tamamlayıb. Model geyimi ilə seksuallığını ön plana çıxarmağa calışıb.

Sara Cesika Parker

Сара Джессика Паркер в Mary Katrantzou

Aktrisanın naxışlı və işləməli donu "Mary Katrantzou" brendindəndir. Onun dramatik geyimini isə iri qolbaq və sırğaları tamamlayıb.

Alessandro Ambrosio

Алессандра Амброзио в Versace

Model bu qara libası ilə qüsursuz bədən quruluşunu sərgiləyib. "Versace" moda evinin şəffaf parçadan tikilən libasın dərin kəsiyi onun ayaqlarını ön plana çıxarır. Alessandronun obrazını "Elena Ghisellini" brendinin qolbağı və klatçı əla tamamlayıb.

Kamilla Alves

Камила Алвес в Escada

Braziliyanın məşhur modeli və teleaparıcısı "Escada" moda evinin zərif çəhrayı çalarındakı libası ilə möhtəşəm görüntü yaradıb. Onun romantik obrazını metal rəngində tüfliləri tamamlayıb.

Diana Kryuger

Диана Крюгер в Chanel Couture

Diana Kruygerin "Chanel" moda evindən geyindiyi bu libas 2007-ci ildə tikilib. Nədənsə, o Parisdə Fransa Mədəniyyət Nazirliyinin tədbirinə moda evinin köhnə kolleksiyasından libas geyinib. Amma o libasın mürəkkəb kəsimini nəzərə alaraq aksessuardan istifadə etməyib. Və geyimi özünə yaraşdırmağı bacarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm