Ermənilərin ifa edə bilməyəcəyi mahnı
Bizi izləyin

Tabloid.az

Ermənilərin ifa edə bilməyəcəyi mahnı

Müğənni Ramal Əsədzadə yep-yeni mahnısını dinləyicilərin ixtiyarına verəcək. Bu barədə müğənninin özü Teleqraf.com-a məlumat verib. R.Əsədzadənin sözlərinə görə, mahnının adı “Xoşbəxt günlər” adlanır: “Mahnının sözləri və musiqisi mənə məxsusdur. Adıçəkilən mahnının oranjimanı isə Rabil Səfərliyə məxsusdur”.

R.Əsədzadə onu da deyib ki, mahnıda səslənən canlı alətlər Türkiyədən göndərilib.

R.Əsədzadə digər müğənnilərdən fərqli olaraq ifa edəcəyi “Xoşbəxt günləri” dövlət qeydiyyatından keçirəcək: “Bu günləri bəzi müğənnilərin ifa etdikləri musiqiləri və xalq mahnılarımız mənfur düşmənimiz olan ermənilər tərəfindən oxunur. Həmin mahnılar rəsmi olaraq qeydiyyatdan keçmədiyi üçün biz beynəlxalq məhkəməyə müraciət edə bilmirik. Bütün bunları nəzərə alıb “Xoşbəxt günləri” dövlət qeydiyyatından keçirəcəm. Heç bir ölkənin nümayəndəsi, hətta ermənilər belə mənim icazəm olmadan “Xoşbəxt günləri” ifa edə bilməz. Əks halda beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaqlar”.

Sonda R.Əsədzadə bildirdi ki, mahnı yaxın günlərdə hazır olacaq və reytinqdə ön sırada olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm