Andrey Malaxov Azərbaycanın milli papağında - Fotolar
Bizi izləyin

Tabloid.az

Andrey Malaxov Azərbaycanın milli papağında - Fotolar

Rusiyanın birinci kanalının məşhur aparıcısı Andrey Malaxov bu günlərdə Bakıda olub.

Tabloid.az xəbər verir ki, “Пусть говорят!” (“Qoy danışsınlar!”) tok-şousunun aparıcısı paytaxtımıza Bakıda “TEFİ-Sodrujestvo” IV Beynəlxalq televiziya festivalı çərçivəsində gəlib.

Azərbaycanda olan A.Malaxov İçərişəhərdə gəzib. O, hətta “Brilyant əl” filmində məşhur “Черт побери!” (Lənətə gələsən) kadrının lentə alındığı yerdə şəkil də çəkdirib. Şəkilləri isə özünün “İnstagram” bloqunda paylaşıb.

Teleaparıcı həmçinin bakılı dostları ilə birgə paytaxt restoranlarından birində şam yeməyi yeyib. O, hətta qaragüldən hazırlan milli baş geyimini geyinərək, şəkil də çəkdirib.

Yeri gəlmişkən, Andrey Malaxov iki il öncə Azərbaycanın paytaxtında brend butikin açılışında aparıcı olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm