Kepka almaq üçün İstanbula gedən məşhur - FOTO
Bizi izləyin

Tabloid.az

Kepka almaq üçün İstanbula gedən məşhur - FOTO

Prodüser Tolik alış-veriş etmək məqsədi ilə Türkiyəyə gedib.

Uçuş biletinin fotosunu sosial şəbəkədə paylaşan prodüser sevimli kepkalarını məhz İstanbuldan aldığını yazıb. Publika.az-ın məlumatına görə, hər zaman fərqli kepkalarda görünən Tolik hələ ötən Türkiyə səfərində nə az, nə çox, düz 19 ədəd kepka alıbmış.

“Kepka almaq üçün İstanbula gedirəm. Elə bilməyin ki, eyni kepka qoyuram həmişə. Əsla! Ötən səfərimdə 19 ədəd kepka almışdım. Bu dəfə görək neçəsini alacağam".

Səfər ərəfəsində Tolikə ürəyincə olan bir hədiyyə də ediblər. Son günlər Azərbaycan şou-biznesində dəbdə olan “İphone 6” telefonu artıq prodüserdə də var. Onun dediyinə görə, bu bahalı telefonu ona Nyu-Yorkdan gələn dostu hədiyyə edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm