Azərbaycanlı musiqiçinin Finlandiyada yubileyi keçirildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı musiqiçinin Finlandiyada yubileyi keçirildi - FOTOLAR

Finlandiyada Kamal Aşurbəyovun 50 illik yubileyi qeyd olunub. Publika.az-ın məlumatına görə, yubiley gecəsində şəhər rəhbərliyinin təmsilçiləri, musiqi ictimaiyyətinin nümayəndələri və Finlandiyada yaşayan azərbaycanlılar iştirak edib.

Konsert proqramında Kamal Aşurbəyov azərbaycanlı müəlliflərin musiqi əsərlərini səsləndirib. Pianoçunun ifasını böyük bir coşqu ilə dinləyən tamaşaçılar həmyerlimizi ayaqda alqışlayıb. Tədbir boyu həmçinin Kamal Aşurbəyovun yaradıcılığı haqqında məlumat verilib, təbrik nitqləri söylənilib.

Qeyd edək ki, məşhur Aşurbəyovlar nəslindən olan Kamal Aşurbəyov P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra 1994-cü ildə Finlandiyaya köçüb. Rəşid Behbudov, Müslüm Maqomayev, Tofiq Quliyev, Qara Qarayev, Üzeyir Hacıbəyli kimi sənətkarların yaradıcılığından bəhrələnən musiqiçi təkcə Finlandiyada deyil, Avropa ölkələrinin çoxunda Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, o cümlədən muğamları təbliğ edir. K. Aşurbəyov Helsinki şəhərinin meriyasında Azərbaycan mədəniyyətinin tarixinə dair mühazirələr oxuyub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm