• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Sevda Ələkbərzadə hansı həmkarlarına tərbiyəsiz dedi? - QALMAQAL

Sevda Ələkbərzadə hansı həmkarlarına tərbiyəsiz dedi? - QALMAQAL

Heç vaxt adı qalmaqallarda hallanmayan əməkdar artist Sevda Ələkbərzadə ilk dəfə olaraq onu tənqid edən və qalmaqala çəkmək istəyən həmkarlarından danışıb.

Publika.az-ın məlumatına görə, müğənni onları tərbiyəsiz adlandırıb: “İki-üç notu ard-arda bilməyən adam çıxıb efirdə məni tənqid edir, bu, çox gülməlidir. İnsan gərək bildiyi şeydən danışsın. Mənim haqqımda zamanında Müslüm Maqomayev, Fərhad Bədəlbəyli kimi dahi musiqiçilər söz deyib. Kimlərinsə fikri onların fikrindən üstün ola bilməz. Bütün bunlar paxıllıqdan irəli gəlir. Görünür, adımı hallandırıb, daha sanballı qalmaqal etmək istəyirlər. Bizdə tənqidlə təhqiri qarışdırırlar. Aralarında yaşlı insanlar da var. Kimsə efirə çıxıb tərbiyəsizlik edirsə, özünün iç dünyasından xəbər verir. Mənim kiməsə sözüm varsa, üzünə, gözünün içinə baxa-baxa deyirəm. Arxasınca danışıb, özünü görəndə utandığımdan başımı aşağı salmıram”.

Hər zaman qalmaqaldan qaçdığını deyən Sevda Ələkbərzadə “lazım olsaydı, illər öncə “Rast” qrupundan çıxanda qalmaqal edərdim” deyir:

“Mən qalmaqal insanı deyiləm və heç kimlə işim yoxdur, heç kimin çörəyini də əlindən almıram. Şou-biznesə dəxli olmayan adamam. Əgər qalmaqal yaratmaq istəsəydim, “Rast” qrupundan çıxanda elə bir qalmaqal edərdim ki, iki-üç il haqqımda danışardılar. Heç o insanlara cavab da vermədim”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR