• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Müğənni Kəmalə Rəhimli xəstəxanadan çıxdı, amma gözləri görmür

Müğənni  Kəmalə Rəhimli xəstəxanadan çıxdı, amma gözləri görmür

Həyat yoldaşı müğənninin səhhətindən danışdı

Əməkdar artist Kəmalə Rəhimli bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb.

Publika.az-a bu barədə sənətçinin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, hazırda Kəmalə xanım özünü yaxşı hiss edir: “Sağ olsunlar, xəstəxananın rəhbərliyindən tutmuş işçilərinə qədər hər kəs Kəmalə xanıma böyük diqqət göstərdi.

Şəkər xəstəliyi onun böyrək, qaraciyər və digər orqanlarında ciddi problemlər yaratmışdı.

Bu problemlər demək olar ki, aradan qalxıb. Gözlərində problem hələ də qalır.

Bu da şəkər xəstəliyinin törətdiyi sağalmaz fəsaddır.

Gözü bir faiz görür”.

Qeyd edək ki, müğənni xanım iki həftə idi Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR