Dünya şöhrətli sənətçilər Opera və Balet Teatrında - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Dünya şöhrətli sənətçilər Opera və Balet Teatrında - FOTOLAR

Bu gün Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanda Koreya Festivalı çərçivəsində”Gamblerz və Crew” və “Animation Crew” komandaları ilə “Soul” qrupunun “Yüksəkliyə uçuş” adlı qala konserti keçirilib.

Publika.az-ın məlumatına görə, “Yüksəkliyə uçuş” qala konserti Riçard Bax tərəfindən yazılmış “Conatan Livinqston adlı Dəniz Qağayısı” hekayəsinin hip-hop rəqsi formasında yenidən işlənməsidir. Konsert Koreyanın dünya şöhrətli hip-hop ”Gamblerz və Crew” və “Animation Crew” komandalarının peşəkar rəqqaslarının iştirakı ilə xüsusi qala-şou şəklində formalaşdırılmışdı.

Musiqi isə Koreyanın qadınlardan ibarət tanınmış qrupu olan “Season of Soul” tərəfindən icra olunurdu. Onlar dünya şöhrətli “Bi-boys” ifaçılarının heyranedici hərəkətlərini öz musiqiləri ilə müşayiət etməklə Koreya ənənəvi musiqi və üslubunu təqdim edirdilər. Bildirək ki, bu festival Koreyanı geniş şəkildə təbliğ etmək məqsədilə müxtəlif tədbirlər vasitəsilə həyata keçirilir. 2014-cü ildə Koreya Festivalı müxtəlif ölkələrdə, o cümlədən Qazaxıstan, Özbəkistan, Rusiya, Belarus, Gürcüstan və Azərbaycanda keçirilir. Bu il Koreya Festivalı Koreya ənənəvi musiqi və rəqs, caz, Bi-Boys rəqsi, zərb alətlərində ifa, Koreya xalq yaradıcılığı sərgiləri, Koreya tədqiqatları üzrə mühazirə silsiləsi, Koreya dili seminarı təqdim edəcək.

Konsertdə “Free style”, “Saliors song” və digər nömrələr tamaşaçıların gur alqışları ilə qarşılanıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm