Türkiyənin məşhur qrupu Bakıya gəlir – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Türkiyənin məşhur qrupu Bakıya gəlir – FOTOLAR

Publika.az-ın da xəbər verdiyi kimi, Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcək.

Oktyabrın 10-16-da keçiriləcək festivalın üçüncü günündə Türkiyənin məşhur “Hijazz” qrupu Bakı tamaşaçılarının qarşısına çıxacaq.

Məlumat üçün bildirək ki, "Hijazz " qrupu Türkiyənin ən yaxşı musiqiçilərini bir arada toplayıb. “Hijazz” Türkiyədə caz musiqisinin dünyaya tanıdan ən məşhur qruplardan biridir. Qrup musiqiləri ilə keçmiş və gələcəyi bir araya gətirməklə diqqətləri üzərinə çəkib. “Hijazz” qrupu Türkiyədə və xaricdə bir çox festivallarda iştirak edib.

Onu da deyək ki, qrup Mövlananın "Kim olursan ol, nə olursan ol, Gəl!" devizi altında çıxış edir.

Qeyd edək ki, “Hİjazz ” oktyabrın 12-də, saat: 21.30-da Bakı Caz Mərkəzində Azərbaycan dinləyicilərinin qarşısına çıxacaq.
Konsertə giriş sərbəstdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm