Bill Klintonun yeni sevgi macərası - Arxanca təyyarə göndərəcəyəm
Bizi izləyin

Tabloid.az

Bill Klintonun yeni sevgi macərası - Arxanca təyyarə göndərəcəyəm

ABŞ-ın keçmiş prezidenti Bill Klintonun gözəl aktrisa Elizabet Herli ilə sevgi macərası yaşadığı məlum olub.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu münasibət 1 il davam edib. Jurnalistlər sensassiyalı xəbəri Herlinin keçmiş sevgilisi, aktyor Tom Sayzmordan alıblar. "Radar Online" saytının müsahibləri Billin ABŞ prezidentliyi dövründə Elizabetlə tanışlığı haqqında Sayzmorun audioyazısını əldə ediblər. Yazı bu ilin yanvar ayında qeydə alınıb. 52 yaşlı aktyorun sözlərinə əsasən, 1998-ci ildə Ağ Evdə "Sıravı Rayanı xilas etmək" filminin nümayişləri keçirildiyi zaman, Klinton onu otaqlardan birinə apararaq ondan Herli ilə görüşmələri və Billin Elizabetlə münasibətlərinə dəstəyi haqqında soruşub.

 

Sayzmor iddia edir ki, prezident kobud şəkildə ondan aktrisanın nömrəsini tələb edib. Aktyorun sözlərinə əsasən, Bill Klinton aktrisaya zəng edərkən Elizabet əvvəlcə bunun oyun olduğunu zənn edib. Lakin siyasətçi öz qərarından dönməyərək onun ardınca şəxsi təyyarə göndərəcəyini bildirib. Tom inandırır ki, Elizabet prezidentlə görüşüb və onların sevgi macərası 1 il davam edib. Bununla belə, prezidentin həyat yoldaşı Hillari Klintonun bundan xəbəri olmayıb.

 

Sayzmor qeyd edib ki, bu münasibət president yeni tapdığı cavan aktrisanı Herliyə dəyişdikdən sonra bitib. Tom Sayzmor Elizabetlə 3 ildən çox görüşüb. Onlar 1992-ci ildə "Sərnişin 57" filimin çəkilişləri zamanı tanış olublar.

 

Bu xəbərə nə Bill Klinton, nə də Herli şərh verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm