Bəyimxanım hər kəsi təəccübləndirdi - FOTO
Bizi izləyin

Tabloid.az

Bəyimxanım hər kəsi təəccübləndirdi - FOTO

Muğam ifaçısı Bəyimxanım Vəliyevanın repertuarında yenilik var.


Sənətçi “Arazbarı” adlı əsər üzərində işləyir. Musiqisi Tahir Əkbərin, sözləri Sona Vəliyevanın olan əsəri Bəyimxanım muğam ustası Ehtiram Hüseynovla birgə ifa edib.

Əsərdə bölünən torpaqlardan və xalqımızın yaşadığı faciələrdən söhbət gedir. “Arazbarı”nın əvvəlində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı əsərindən bir parça səslənib.

Burada muğamla yanaşı, bədii qiraət də yer alıb. Bunu isə xalq artisti İlham Əsgərovla şairə Sona Vəliyeva səsləndirib: “Əsər yaxın vaxtlarda dinləyicilərin ixtiyarına buraxılacaq. Bu sıradan bir mahnı deyil, böyük bir əsər olacaq. Həmin əsərin artıq yekunlaşma işləri gedir. Əsər o taylı-bu taylı həsrət çəkən azərbaycanlılardan, soydaşlarımızdan bəhs edir. Yaxın zamanlarda gözəl bir təqdimat etməyi düşünürük. Yəqin ki, noyabrın ortalarına kimi bu əsəri klip şəklində sizə təqdim edəcəyik”, - Bəyimxanım Publika.az-a belə deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm