İlin “Number 1”-ləri seçildi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

İlin “Number 1”-ləri seçildi - FOTOLAR

Dünən gecə “Number 1” mükafatlandırma mərasimi baş tutub.

Möhtəşəm təşkil olunmuş gecədə ölkənin yalnız və yalnız “Number 1”ləri məlum olub.

Publika.az-ın məlumatına görə, Tural Ozan və Humay Muxtarovanın təşkilaçılığı ilə keçirilən gecəyə qonaqlar “Maserati” markalı avtomobillə yaxınlaşıblar. Uzunluğu 150 metr olan qırmızı xalı üzərinə dəvət olunan qonaqlar bir-bir mükafatlarını alıblar.

Mükafat alanlar arasında xalq artisti Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, aparıcı Murad Arif, Lətafət Ələkbərova, prodüser Təranə Səmədova, rejissor Nail Naiboğlu, məşqçi Ceyhun Vəliyev, müğənnilər Zamiq Hüseynov, Natavan Həbibi, Aysel Əlizadə, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Roza Zərgərli, "Bozbash pictures" komandasının aktyorları, jurnalist Fuad Mədətov, ekstrasens Aqil Məhərrəmov və başqaları yer alıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm