• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ürəyi xalq artistinin əməliyyatına imkan vermədi

Ürəyi xalq artistinin əməliyyatına imkan vermədi

Xalq artisti Ramiz Məlikovun Mərkəzi Neftçilər Xəstəxanasında bu günə planlaşdırılan böyrək əməliyyatı təxirə salındı.

Publika.az-a bu barədə aktyorun özü məlumat verib.

Onun sözlərinə görə, əməliyyat sabah baş tutacaq: “Həkimlər müayinə zamanı ürəyimdə aritmiyanın olduğunu gördülər.

Buna görə də aritmiyanın aradan qaldırılması istiqamətində müalicəyə başladılar. Sabah aritmiya götürülən kimi əməliyyat başlanacaq. Görək nə olur ”.

Qeyd edək ki, uzun müddət böyrək kistasından əziyyət çəkən xalq artisti bu gün laporoskopik böyrək kistasının eksiziyası üzrə əməliyyat olunacaqdı.

Əməliyyatı ölkəmizdə laporoskopik uroloji əməliyyatlar sahəsində ilkə imza atan uzman həkim - uroloq Rəşad Məmmədovun rəhbərliyi altında keçiriləcək.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR