Aşıq Zülfiyyənin oğlunun toyundan – ÖZƏL FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aşıq Zülfiyyənin oğlunun toyundan – ÖZƏL FOTOLAR

Vur çatlasın, çal oynasın…

Bu dəqiqələrdə Aşıq Zülfiyyə gözünün ağı-qarası bircə övladı Babəkə toy çaldırır.
Publika.az-ın da dəvətli olduğu toy mərasimi paytaxtın ən prestijli şadlıq saraylarının birində keçirilir.

Tanınmış sənət adamlarının da qatıldığı toy mərasimi sənətçinin oğlu- təzəbəyinoxuduğu mahnı ilə başlandı. Qeyd edək ki, Babək qız toyunun da başlanğıcında da həmin mahnını oxuyub. “Bax belə sevim səni” adlı toy mahnısını aşıq Zülfiyyə məxsusi olaraq oğlunun xeyir işi üçün bəstələyib. Yeri gəlmişkən, toy mərasimini Aşıq Zülfiyyənin rəhbərlik etdiyi “Ozan” ansamblı idarə edir.

Gəlin Zülfiyyə xanımın yaxın qohumudur, daha doğrusu, Aşıq Zülfiyyənin dayısı nəvəsidir. Gəlini ana bəyənsə də, oğlu Babək də anasının sözünü yerə salmayıb, həm də bu seçimdən məmnun qalıb. Xuraman eynən qaynanasına bənzəyir.

Toy mərasimində nədənsə şou-biznes nümayəndələri gözümüzə dəymədi. Bəlkə, indən belə gələcəklər, deyə bilmərik.

Sənətçi xanım buna belə aydınlıq gətirdi: “Daha çox ünsiyyətdə olduğun sənət adamlarını toya çağırmışam. Müğənnilərdən Nadir Qafarzadəni dəvət etmişəm, gəlməlidir. Sözün düzü, qohumlarımın da çoxunu toya çağırmamışam. Çünki başım qarışıqdır, övlad toyunun həyəcanı olur axı. Amma toya çağırmadığım qohumların çoxu dəvətsiz gəliblər. Lap əcəb eləyiblər, xoş gəlib, səfa gətiriblər”.

Bilməyənlərin nəzərinə çatdıraq ki, həm də müğənni kimi fəaliyyət göstərən və anası ilə oxuduğu duetlərlə tanınan Babək Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kurs tələbəsidir. Ailənin yeganə övladıdır.

Cəvahir Səlimqızı

Foto:Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm