Nailə Mirməmmədli: “Gecə ilə gəlib boğar məni”
Bizi izləyin

Tabloid.az

Nailə Mirməmmədli: “Gecə ilə gəlib boğar məni”

Bir müddət öncə evinin sökülməyi xəbəri yayılan tanınmış bəstəkar Nailə Mirməmmədli yeni mənzilinə köçməyə hazırlaşır. Bu barədə Publika.az-a danışan bəstəkar bildirib ki, artıq ona verilməli olan kompensasiyanı alıb:

“Bu dəqiqə ev alqı-satqı yerindəyəm. Yeni ev axtarıram. Daha doğrusu, artıq alacağım yeni evi müəyyənləşdirmişəm. Amma verilən kompensasiyanın məbləğini demək istəmirəm. Siz istəyirsiniz ki, məni öldürsünlər? Camaat gəlib gecə ilə boğar məni (gülür). Yeni mənzilimin yerini də demək istəmərəm”.

N.Mirməmmədli əməkdaşımızla söhbət zamanı yaradıcılığı barədə də danışıb. Onun sözlərinə görə, xalq artistləri Faiq Ağayev, Samir Cəfərov, əməkdar artist Zaur Əmiraslanov, müğənnilər Röya Ayxan, Zamiq Hüseynov və Niyaməddin Səlami üçün yeni mahnılar yazıb.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm