Məryəm Süleymanovadan xəbər var - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Məryəm Süleymanovadan xəbər var - ÖZƏL

Uzun müddətdir efirdən və səhnədən uzaq düşən, milli və xarici rəqslərin mahir ifaçısı, əməkdar artist Məryəm Süleymanovadan xəbər var.

Rəqqasə Publika.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda sənətində yeniliklər edəcək. Hazırda övladıyla məşğul olduğunu deyən M.Süleymanova səhnənin və rəqsin onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Hazırda övladımla məşğulam. Amma rəqs və səhnə mənim üçün çox doğmadır. Yaxın vaxtlarda səhnə kostyumlarımı yeniləməyi düşünürəm. Ondan sonra yeni rəqslər üzərində işləyəcəyəm”.


Qeyd edək ki, əməkdar artist 2010-cu ildə İlkin Zamanovla ailə qurub. Onların bu nikahdan bir qız övladı var.


İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm