Ətdən imtina edən məşhurlar – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ətdən imtina edən məşhurlar – FOTOLAR

Son zamanlar vegetarian qidalar dəb halını alıb.

Artıq bir çox insanlar ət qəbulundan imtina edərək meyvə-tərəvəzə üz tuturlar. Publika.az ət qəbul etməkdən imtina edən məşhurların siyahısını təqdim edir.

Naomi Uotts tamamilə vegetarian həyat tərzi sürür. Müsahibələrinin birində o, konservləşdirilmiş paxlanın sevimli yemək olduğunu etiraf edib: “Mən konservləşdirilmiş paxla ilə böyümüşəm. Pulum olmayanda məni o paxlalar ölməyə qoymayıb. Bu, mənim doğmamdır. İstəyirsiniz inanın, istəmirsiz yox, amma siz qara kürüdən daha çox paxladan həzz alacaqsınız”.

Naominin ideal bədən formasını da vegetarian həyat tərzi ilə bağlıdır.

Məşhur amerikalı aktrisa Alisiya Silverstoun 22 yaşından etibarən vegetarianlığa başlayıb. Bu seçimə bir neçə amil təsir edib: artıq çəki, astma, allergiya və yuxusuzluq. Aktrisa vegetarian həyat tərzinə keçən kimi bütün bunlardan azad olub. Alisiya hətta 2010-cu ildə “Yaxşı pəhriz” adlı kitab da nəşr etdirdi. Kitabda ət və digər heyvan qidalarından imtina etməyin yolları göstərilib. Silverstoun vegetarian həyat tərzindən sonra qadınlar üçün maraqlı olan bu faktları da bölüşüb: saçlar daha da ipək, dəri hamar olur, gözlər isə parlaqlaşır.

Natali Portman heyvani mənşəli qidalardan 8 yaşından imtina edib. İş ondadır ki, onun 8 yaşında atası ilə tibb konfransına aparır. Konfransda lazer işıqları cücənin üzərində nümayiş olunurmuş. Bu, balaca Natalidə heç də yaxşı təəssürat yaratmır.

2011-ci ildə kino ulduzu hamilə olduqdan sonra daha ciddi vegetarian pəhrizə oturur: “Mən bədənimin səsinə qulaq asaraq, yumurta və yağ yeyirdim. Hiss edirdim ki, bu ərzaqlara ehtiyacım var”.

Portman həmçinin heyvan hüquqlarının qorunması üzrə fəaldır. O, dəri, xəz, pərqu, zamşa materialından olan geyimlərdən istifadə etmir. Portman hətta süni materiallı ayaqqabılar da istehsal etdirir.

Hollivudun ən yaraşıqlı aktrisalarından biri olan Oliviya Uayld öz gözəllik sirrini vegetarian həyat tərzində görür. Onun dediyinə görə, vegetarianlıq asan deyil, olmur lakin bu həyat tərzi insanı daha çox enerjili edir.
Lakin ərindən boşandıqdan sonra Oliviya uzun illər saxladığı pəhrizi pozaraq heyvan mənşəli məhsullardan istifadə etməyə başlayıb.

Qvinet Peltrou neçə illərdir ki, vegetarian həyat tərzi sürür. O, gəncliyin və gözəlliyin necə qorunub saxlanmasından bəhs edən 2 kitab buraxdırıb. Qvinet, əslində qalsa, Leonardo Di Kaprionun təkidi ilə vegetarian həyat tərzinə keçib: “Leo mənə ət yeməyin və maldarlığın mənfi tərəfləri haqda dəfələrlə danışıb. Mən artıq 20 ildir ki, ət yemirəm. Mənim beynimə vegetarianlığı Leo salıb”.

Məşhur rus balerina ustası Anastasiya Voloçkova artıq çoxdan ətdən imtina edib, balığı isə yalnız çiy halda yeyir. Anastasiya meyvə, tərəvəz və azacıq pendirlə qidalanır. Balerinanın qida rasionuna qoz, donmuş yoqurt və ya dondurma və şərbət daxildir. Voloçkovanın ən sevimli qidası isə üzərinə zeytun yağı əlavə edilmiş qaynadılmış çuğundur və ispanaqdan hazırlanan salatdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm