Gənc müğənnidən yeni klip və fotosessiya
Bizi izləyin

Tabloid.az

Gənc müğənnidən yeni klip və fotosessiya

Xeyli vaxtdır sosial şəbəkələrdə ilk klipinin anonsu yayımlanan müğənni Hicran Selcan artıq peşəkar sənətə addımını atır.

Müğənni tanınmış rejissor, əməkdar rtist Tünzalə Ağayevanln keçmiş həyat yoldaşı Rəhman Əliyevin yeni protejesi kimi təqdim olunur. Hicran xanımın ifa etdiyi "Günahkardır qəlbimiz" adlanan mahnısının sözləri və musiqisi jurnalist Azər Nəsibovundur.Klipin rejissoru isə Rəhman Əliyevdir.

Sənətçi Publika.az-a bildirib ki,hazırda yeni repertuar üzərində çalışır. Azər Nəsibovun müəllifi olduğu "Səninlə" adlı ritmik mahnı artıq repertuara daxil edilib. İfaçının jurnalistlə işbirliyi bununla bitmir. Onlar hazırda "Sən və mən" adlı daha bir həzin mahnı üzərində çalışırlar.

İlk klipi ilə yanaşı müğənninin ilk fotosessiyası da hazırdır.Həm yeni klipi, həm də fotosessiyanı diqqətinizə çatdırırıq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm