Azərbaycanlı uşaqlar “Avropanın sevinci” oldu
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı uşaqlar “Avropanın sevinci” oldu

Bakı Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən məktəbin şagirdləri Belqradda hər il ənənəvi olaraq keçirilən “Avropanın sevinci” beynəlxalq uşaq festivalında iştirak ediblər.

Publika.az-ın məlumatına görə, “Sava” Mərkəzində təşkil edilən festivala Azərbaycan ilə yanaşı, 18 ölkənin, o cümlədən Türkiyə, Almaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Makedoniya və Serbiyanın uşaq rəqs kollektivləri qatılıblar.

Konsertdə həmyerlilərimizin ifa etdikləri Azərbaycan milli rəqs nömrələri yerli və xarici tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Serbiya Prezidenti Tomislav Nikoliç və xanımı Draqitsa Nikoliç tərəfindən qəbul edilən tədbir iştirakçıları arasında Azərbaycan nümayəndə heyəti də olub.

Bakı Xoreoqrafiya Akademiyasının rəhbəri Nilufər Kərimova və xoreoqraf-müəllim Yusif Qasımov ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə təmir və bərpa edilmiş Taşmaydan parkını ziyarət edərək, ümummilli lider Heydər Əliyevin burada ucaldılmış abidəsi önünə çiçəklər qoyublar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm