Azərbaycanlı məşhur ərindən boşandı? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı məşhur ərindən boşandı? – FOTOLAR

Türkiyədə ailə qurub yaşayan və qardaş ölkənin model dünyasında çox məşhur olan azərbaycanlı Günay Musayevanın həyat yoldaşı, tanınmış aktyor Tolqa Korel və onun dostları ilə birgə çəkdirdiyi fotoları yayılıb.

Publika.az-ın məlumatına görə, cazibədar model məclislərin birində əri ilə çəkdirdiyi fotoları özünün “Instagram” səhifəsində paylaşıb. Model xanım sanki bununla onların boşanması ilə bağlı yayılan xəbərlərə cavab vermək istəyib.

Qeyd edək ki, bir müddət öncə Günayın Tolqa Koreldən boşanması və cütlüyün hazırda küsülü olmaları barədə xəbərlər yayılmışdı. Hətta bu barədə Türkiyə mətbuatı da yazmışdı. Cütlüyün həmin ərəfədə eyni məclislərdə bərabər görünməməsi, türk seriallarının əsas oyunçusu Tolqa Korelin digər xanım dostları ilə görüntülənməsi bu söz-söhbəti daha da alovlandırmışdı. Görünür, yenidən barışan cütlük mətbuatı susdurmaq üçün bu vasitəyə əl atmalı olub.

Xatırladaq ki, onların Cahangir adlı bir övladları da var.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm