Aktrisanı belə təbrik etdilər
Bizi izləyin

Tabloid.az

Aktrisanı belə təbrik etdilər

Firəngiz Şərifovanın 90 yaşı oldu

Aktrisanı ad günündə belə təbrik etdilər

Fevralın 6-da Azərbaycan teatrının korifeyi, görkəmli sənətkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti, Şöhrət ordenli Firəngiz Şərifovanın 90 yaşı tamam olur.

Publika.az-ın məlumatına görə, bu münasibətlə teatrın bir qrup əməkdaşı, başda teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov olmaqla, Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva onu ziyarət edərək, doğum günü münasibətilə təbrik ediblər. Firəngiz Şərifova yubileyini həmkarları ilə qeyd edib.

Xatırladaq ki, aktrisa məhz Gənc Tamaşaçılar teatrının səhnəsində “Söhrab və Rüstəm” (İskəndər Coşğun), “Anacan” (Yusif Əzimzadə), “Keçən ilin son gecəsi” (Anar), “Sən nə üçün yaşayırsan?” (İmran Qasımov, Həsən Seyidbəyli), «Rübailər aləmində» (Məmmədhüseyn Təhmasib), “Yazığam, sevmə məni” (Əkrəm Əylisli), “Şəhidlər” “(Bəxtiyar Vahabzadə), “Mahmud və Məryəm” (Elçin), “Ağ Dəvə” (Elçin), “Nənənin kələyi” (Əhməd Orucoğlu) və digər tamaşalarda oynayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm