Elmira Rəhimova: “Əsəbiləşəndə adım da yadımdan çıxır”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Elmira Rəhimova: “Əsəbiləşəndə adım da yadımdan çıxır”- FOTOLAR

Onu öz dövrünün əfsanələrindən hesab etmək olar və heç şübhəsiz ki, bu, belədir.

Təkcə “Tələbə” və Yaşar Səfərovla duet oxuduğu “Səadət” mahnısı isə onun tamaşaçı yaddaşından qərinələrlə silinməməyinə bəs edər. Amma Elmira Rəhimova son vaxtlar nə efirə çıxır, nə mətbuata müsahibə verir. Publika.az-a qısa müsahibəsində xalq artisti bütün bunların səbəblərinə aydınlıq gətirib.

- Elmira xanım, necəsiniz, səhhətinizdə irəliləyiş varmı?

- Şükür, pis deyiləm. Səhhətimdə bir az irəliləyiş var. Məni əsasən təzyiqim incidir.

- Tədbirlərə, məclislərə də getmirsiniz?

- Yox, heç yerə getmirəm.

- Bu, səhhətinizlə bağlıdır?

- Sadəcə, getmirəm.

- Bəs mətbuatdan niyə qaçırsınız?

- Jurnalistlər həmişə dediklərimi bəzəyirlər. Ona görə də haqqımda heç nəyin yazılmasını istəmirəm.

- Belə başa düşdüm ki, incikliyinizin səbəbi budur.

- Jurnalistlər birinin də üstünə on beşini qoyub, öz xeyirlərinə yazırlar.

- Mətbuatdan bu qədər qaçmaq da doğru deyil axı.

- Dəfələrlə müsahibə vermişəm, sonra oxumuşam ki, dediklərim qalıb bir tərəfdə. Əsəbiləşəndə adım da yadımdan çıxır. Nə vaxt rahat danışa bilsəm, geniş müsahibə verəcəyəm. Çox yerdən zəng vururlar, amma imtina edirəm.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm