Azərbaycanlı aktyordan ona “gey” deyənlərə cavab” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyordan ona “gey” deyənlərə cavab” - FOTOLAR

Akademik Milli Dram Teatrının və “Yuğ” Dövlət Teatrlarının aktyoru Hikmət Rəhimov təxribatla üzləşib. Publika.az xəbər verir ki, Facebook sosial şəbəkəsində H.Rəhimovun fotoları ilə “Hikmet Gey-trans” adlı profil açılıb. Aktyorun cinsi oriyentasiyasının şübhə altına alındığı profildə onun fotoları yerləşdirilib. Əməkdaşımız məsələ ilə bağlı H.Rəhimovun özü ilə əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini söyləyib:


“Bu barədə nə deyəcəyimi bilmirəm. Bircə onu bilirəm ki, elə profili yaradan adam anasına, bacısına hörmət etməyən biridir”.

Qeyd edək ki, H.Rəhimovun da iştirak etdiyi “Qatil” tamaşası bir müddət öncə rezonansa səbəb olmuşdu.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm