Faytonçu Nazim xanımlarla gizli eşqbazlığından danışdı – FOTO
Bizi izləyin

Tabloid.az

Faytonçu Nazim xanımlarla gizli eşqbazlığından danışdı – FOTO

Müğənni Nazim şəxsi həyatı ilə bağlı hər kəsin təəccübünə səbəb olan maraqlı açıqlamalar verib.

Publika.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Kişi sözü” verilişində xanım pərəstişkarları ilə ünsiyyətindən, dostluq münasibətlərindən danışıb. Fəal sosial şəbəkə istifadəçisi olan müğənni çoxlu sayda xanım dostlarının olduğunu etiraf edib: “Bir qrup xanım var ki, onlarla sosial şəbəkədə dostluq edirəm, vaxtaşırı yazışırıq. O xanımlarla ünsiyyət mənə maraqlıdır. Bəziləri ilə özümə məxsus olan səsyazma studiyamda görüşürük də. Amma bu görüş başqa məqsəd daşımır. Onlar mənim səsimi dinləyir, xoş sözlər deiyrlər. Elə telefonuma gələn mesajlarda da sevgi etirafları çoxdur. Həmin mesajları dərhal silirəm. Bəziləri mənə “maska”, “ya tebya obajayu” deyə simpatiyalarını bildirirlər. Mən boyda “maska” olar? Amma təbii ki, gözəl sözlər xoşuma gəlir. Bəzilərinə cavab da yazıram. Deyirəm ki, mənə xoş münasibət bəslədiyiniz üçün sizə minnətdaram”.

Maraqlıdır, həyat yoldaşının Nazimin xanımlarla münasibətindən xəbəri varmı? Müğənninin cavabı belə olub: “Mən azad bir quşam. Xanımım mənim işlərimə qarışmır. Heç vaxt telefonuma baxmır. Heç mən də onun telefonuna baxmıram. Çünki telefon şəxsi bir əşyadır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm