Azərbaycan filmi rusları heyran etdi – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycan filmi rusları heyran etdi – FOTO

Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rejissor Ziya Şıxlinskinin “İthaf” sənədli filminin premyerası olub.

Publika.az-ın məlumatına görə, film tanınmış dövlət xadimi Əliş Ləmbəranskinin bioqrafiyasına və onun Bakı Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində parlaq fəaliyyətinə həsr olunub.

Filmin üzərində rejissor Ziya Şıxlinski, montaj rejissoru Mübariz Nağıyev və operator Yuri Varnovski işləyiblər. Filmin müəllifləri 20 dəqiqə ərzində o illərdə Ə.Ləmbəranskinin rəhbərliyi altında Bakı şəhərində unikal abadlaşdırma layihələrinin həyata keçirilməsi barədə tamaşaçını məlumatlandırıblar. Sənədli filmdə yer alan tarixi xronika təsdiq edir ki, Ə.Ləmbəranskinin Bakı şəhərinə rəhbərlik etdiyi illərdə müasir Bakı bulvarının ümumi görünüşü hazırlanıb, bu gün də insanı valeh edən bir çox binalar tikilib.

Filmin nümayişində Ə.Ləmbəranskinin adını və soyadını daşıyan nəticəsi - Əliş Cəmil oğlu Ləmbəranski iştirak edib. Z.Şıxlinski ailə arxivi üçün filmin bir surətini ona təqdim edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm