Tanınmış musiqiçimiz ata oldu
Bizi izləyin

Tabloid.az

Tanınmış musiqiçimiz ata oldu

Tanınmış qarmon ifaçısı, xalq artisti Brilliant Dadaşovanın ansamblının üzvü Orxan Mirzəyev ata olub.

Publika.az-ın məlumatına görə, bu barədə musiqiçi özü xəbər yayıb:

“Həyatımda ən xoşbəxt günümdü. Həyatda bundan böyük, bundan xoşbəxt günüm ola bilməz. Allah mənə qız övladı qismət elədi. Şükür, Allahımdan çox razıyam”.

Qeyd edək ki, Orxan Mirzəyevin toyu ötən il olub.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm