Röya cavab verdi: “Mənim haqqımda əsl kişi danışsın”
Bizi izləyin

Tabloid.az

Röya cavab verdi: “Mənim haqqımda əsl kişi danışsın”

“Mənim haqqımda ya əsl kişi danışsın, ya da qadın!!!” Bu sözləri Röya şəxsi İnstaqram hesabında yazıb.

Teleqraf.com xəbər verir ki, ANS-in aparıcısı İsa Şükürovun cavabını sosial şəbəkədə verən müğənni sərt ifadələr işlədib: “Bu gün dedilər ki, İsa Şükürov adında biri nəsə efirdə danışıb. Onu tanıyan olsa, deyin, Röya dedi ki, “akıllı ol, senin aklını alırım”. Hinduşkalara söz verilmir!!! Mənim haqqımda ya əsl kişi danışsın, ya da qadın!!! Yarımçıq adamcıqlara söz verilmir!!! Hamınızdan üzr istəyirəm ki, bunu sizinlə bölüşdüm. Xoşuna gəlməyən isə xoş getdi”.

Qeyd edək ki, bir müddət əvvəl ANS-in aparıcısı İsa Şükürov Röyanın “Səmimi bir söz deyim: yaxşı ki, nə əməkdar, nə də xalq artistiyəm. Yoxsa, "Facebook" səhifəmdə heç 36 izləyicim olmazdı” ifadələrinə elə “Facebook”da münasibət bildirərək, müğənnini tənqid etmişdi: “Tükənmə sindromu” buna deyirlər. Şakiranı 104 milyon insan izləyir. Və bu izləyicilərə görə yalnız təşəkkür statusu paylaşıb. O daha durub Madonnaya söz atmayıb ki, sənin heç 20 milyon izləyicin yoxdur. Bu cür ucuz və cılız statuslar elə Röyaya yaraşır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm