Milli rəqsimiz estonları heyran etdi - FOTO
Bizi izləyin

Tabloid.az

Milli rəqsimiz estonları heyran etdi - FOTO

Estoniya Milli Opera Teatrının konsert zalında “Etoile Ballet Gala” adlı qala-konsert keçirilib.


Publika.az-ın məlumatına görə, konsertdə dünya balet ulduzları, planetimizin ən məşhur balet truppalarının nümayəndələri çıxış ediblər.

Qala-konsertin iştirakçıları arasında Rudolf Nureyev adına XVI Beynəlxalq Balet Festivalının “Balet sənətinin inkişafında töhfəyə və yüksək peşəkar ustalıq səviyyəsinə görə” mükafatı laureatı və Budapeştdə keçirilmiş XVIII Beynəlxalq qala-konsertin xüsusi mükafatının sahibi, istedadlı rəqqas, azərbaycanlı Ülvi Əzizov da olub.

Konsertin proqramına “Paris alovu”, “Yatmış gözəl”, “Sonalar gölü”, “Don Kixot”, “Esmeralda” və digər baletlərdən məşhur partiyalar daxil edilib.

“Don Kixot” baletindən klassik partiya ilə yanaşı, milli Azərbaycan rəqsini də ifa edən Ülvi Əzizovun ustalığını xüsusi qeyd ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm