Roza erotik klipinə ağız büzənlərə cavab verdi - VİDEO
Bizi izləyin

Tabloid.az

Roza erotik klipinə ağız büzənlərə cavab verdi - VİDEO

Roza erotik klipinə ağız büzənlərə cavab verdi

Roza sevişmə səhnəsinə ağız büzənləri mentalitet maskasında gizlənənlər adlandırdı

Müğənni Roza Zərgərlinin “UC-Kuduk” qrupunun solisti Ziyad İşamxocayevlə səsləndirdiyi “Sən və mən” adlanan kompozisiyanın klipi böyük hay-küyə səbəb olub.

Publika.Az bildirir ki, klipin görüntüləri sosial şəbəkədə yayılıb, klipdə az bir hissəni əhatə edən sevişmə səhnəsi müzakirələrə səbəb olub. Müğənni Roza Zərgərli klipi müzakirə edənlər haqqında sərt danışaraq, onları mentalitet maskası altında gizlənənlər adlandırıb:

“Klipimə sosial şəbəkə də yazılan kommentləri oxudum və çox güldüm. İnsan psixologiyasını çox yaxşı bilirəm. Nədi- nədi “18+” yazılıb, məqaləni milyonlarla insan oxuyub. Bir neçəsi isə maraqla seyr edib. İçindəki o maraqları təbii ki, xoş sözlərlə yaza bilməzlər.

Cəmiyyətdə qınanmaqdan qorxurlar. Qorxub, amma gizli olaraq, hər şey edənlər... Mən belə başa düşürəm ki, çoxları üçün mentalitet hər şeyi ört-basdır etməkdir. Bunda nəsən axtarıb, özünü mələk kimi göstərməkdir? Mentalitet insanlara yaxşı maska olub”.

Xatırladaq ki, klipin birinci hissəsi Daşkənddə Hollivud rejissoru Bahodir Yuldaşev tərəfindən, ikinci hissəsi isə Azərbaycan rejissoru Elşən Babayev tərəfindən çəkilib. Klip növbəti həftə tamaşaçılara təqdim olunacaq.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm