Kim Səbinəni seçsə…- VİDEO
Bizi izləyin

Tabloid.az

Kim Səbinəni seçsə…- VİDEO

Kim Səbinəni seçsə…

Rejissor Nail Naiboğlunun rəhbəri olduğu “Zirvədəkilər” layihəsinin ilk nominantı təqdim olunub.

Publika.az-ın məlumatına görə, nominant müğənni Səbinə Babayevanın ifa etdiyi “Getmə gəl” mahnısı seçilib.

Artıq nominantın ifa etdiyi mahnıya çəkilən klip də sosial şəbəkələrdə geniş yayılıb.

Tamaşaçılar Səbinə Babayevaya “Zirvədəkilər” layihəsinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində səs verə bilərlər.

Qeyd edək ki, “Zirvədəkilər” layihəsinin rejissoru və müəllifi Nail Naiboğlu, prodüseri Pərviz Oqtayoğlu, musiqi redaktoru Rauf Sahiboğludur.

Onu da əlavə edək ki, səsvermənin nəticəsində qaliblər mayda qala konsert proqramıyla çıxış etməklə mükafatlandırılacaqlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm