• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Aygün ANS-in aparıcısına və jurnalistlərə müraciət etdi

Aygün ANS-in aparıcısına və jurnalistlərə müraciət etdi

Türkiyə mətbuatında evində əxlaqsızlıq yuvası açdığı deyilən xalq artisti Aygün Kazımova bu məlumatı ilk dəfə efirində yayımlayan ANS-in aparıcısını günahkar saymır.

Publika.az-ın məlumatına görə, pop-diva bununla bağlı “Instagram”da fikirlərini yazıb və ona dəstək olduğuna görə mediaya təşəkkür də edib: “Canlarım, Aytən xanım mənim ən çox istədiyim, hörmət etdiyim insanlardandır. Həyatda hər şey ola bilir. Bu, bir yanlışlıq idi. Oldu keçdi. Necə deyərlər, bunu da atlatdıq. Keçmiş olsun. Mediaya təşəkkürümü bildirirəm. Sizsiz bir günüm olmasın”.

Qeyd edək ki, bu gün ANS-in “Salam, Azərbaycan” verilişində Aytən Səfərova canlı yayımda xalq artisti Aygün Kazımovadan üzr istəyib.

“Türkiyə mətbuatında Ramzanovun Aygün Kazımova ilə şəkli qoyulmuşdu və xəbər yazılmışdı. Azərbaycanda və sosial şəbəkələrdə bu məsələni Aygün Kazımova ilə bağlayıblar. Biz də yanlışlığa yol vermişik. Bu məsələyə görə Aygün Kazımovadan üzr istəyirəm. Bəzi Türkiyəyə gedib-gələn, əli ətəyindən uzun müğənnilərdən fərqli olaraq, Aygün xanım orada tanınır. Oranın yerli şou-biznesində olanlarla münasibəti var, əməkdaşlıq edir. Demək istəyirəm ki, məlumatda olduğu məsələ ilə bağlı müğənnimizin heç bir əlaqəsi yoxdur. Burada söhbət yalnız onun yanındakı stilistdən gedirmiş. Ancaq qəzetdə Aygün Kazımovanın bu şəklindən istifadə ediblər. Bəzən informasiya yayanda onun içindəki məlumatlara diqqətlə nəzər yetirmək lazımdır ki, yanlışlıq olmasın”.

Ötən gün teleaparıcı Aytən Səfərova “Salam Azərbaycan” verilişinin canlı yayımında bildirmişdi ki, Türkiyə mətbuatı xalq artistinin qardaş ölkədə olan mənzilində əxlaqsızlıq yuvası aşkar edib. Verilişdə həmçinin 2012-ci ildə Türkiyə mətbuatında yer alan foto-xəbər təqdim olunmuşdu. Xəbərdə Aygün Kazımovanın Türkiyədəki evində stilist Anarın model adı ilə gətirdiyi qızların 1000 dollar müqabilində zənginlərə təklif edildiyi iddia edilmişdi.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR