"Eşqimi sönməyə qoymaram"- Hafiz Baxışın doğum günüdür-VİDEO
Bizi izləyin

Tabloid.az

"Eşqimi sönməyə qoymaram"- Hafiz Baxışın doğum günüdür-VİDEO

Elə musiqilər var ki, 50 il bundan əvvəl bəstələnib, amma bu gün də dillər əzbəridir.

Dinlədikcə dinləmək istəyirsən. Ona görə ki, musiqisi və mətni ilə ruhumuzu oxşayır... İndi belə mahnılara tamarzıyıq. "Azərbaycan oğluyam", "Sona bülbüllər", "Eşqimi sönməyə qoymaram", "Bu torpağa bağlıyam…

Bu gün bu gözəl musiqilərin söz müəllifi nəğməkar şair Hafiz Baxışın doğum günüdür. Onu gözəl misralarına bəstələnmiş musiqilərlə xatırladım. Nə gizlədim, yorğunluğumu canımdan çıxardım, ruhuma sanki su çilədilər. Siz də dinləyib feyziyab olub...

Hafiz Baxış 1932-ci il oktyabrın 15-də Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Girətağ kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi 1950-ci ildə Qafan bölgəsinin Şəhərcik kəndində bitirib.

1950-1952-ci illərdə Qovşud kəndində ibtidai sinif müəllimi işləyib, 1952-1956-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən 1954-cü ildə Azərbaycan diviziyasında bədii özfəaliyyət dərnəyinin rəhbəri olub. 1956-1961-ci illərdə Sumqayıt şəhərində tərbiyəçi, pionerlər evinin və mədəniyyət sarayının direktoru vəzifəsində çalışıb.

1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, yüksək dərəcəli rejissor vəzifələrində fəaliyyət göstərib. İyirmidən çox şeirinə musiqi bəstələnib.

1989-cu ildə sentyabrın 4-də vəfat edib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm