Tanınmış aktrisa sevgilisinə ultimatum göndərdi
Bizi izləyin

Tabloid.az

Tanınmış aktrisa sevgilisinə ultimatum göndərdi

Aktrisa Skarlett Yohansonu qızının atası və sevgilisi Roman Doryakın işsizliyi cana gətirib. Artıq neçə aydır ki, Doryak hər hansı bir işin qulpundan yapışmaq üçün barmağını ağdan qaraya vurmur. Heç bir işlə məşğul olmayan fransız Doryak pul qazanmaq əvəzinə gününü masaj salonu və idman zalında keçirir.

Qızına və Skarlettə diqqət ayırmayan Doryak evdə qalmaqalla üzləşib. Sərbəst münasibətlərdə olan cütlüyün ilk övladı bu ilin sentyabr atında doğulub. Cütlük ailə həyatı qurmaq haqda da planlar cızıb.

Mətbuatın yazdığına görə, sevgilisinin avara həyatından bezən Skarlett, Doryaka ultimatum hazırlayıb: Doryak ya işə düzəlir, ya da Skarlett körpə Rouzu onun öhdəsinə qoyaraq çəkilişlərə qayıdır. Ona yalnız idmanla məşğul olmağa icazə verilir. Qalan məsələlər isə cangüdənlərin nəzarəti altında saxlanılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm