Məşhur bəstəkarın doğum günüdür - VIDEO
Bizi izləyin

Tabloid.az

Məşhur bəstəkarın doğum günüdür - VIDEO

Bu gün tanınmış bəstəkar Ramiz Mustafayevin doğum günüdür.

R.Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, “Vaqif” , “Polad”, “Şirin” operalarının müəllifidir. R. Mustafayev 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb.

1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm