ASAN Səttar Bəhlulzadə yaradıcılığı ilə bağlı mühazirə keçirir
Bizi izləyin

Tabloid.az

ASAN Səttar Bəhlulzadə yaradıcılığı ilə bağlı mühazirə keçirir

Beynəlxalq Muğam mərkəzində oktyabrın 17-də sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tərəfindən Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığına həsr olunan mühazirə keçiriləcək.

Publika.az xəbər verir ki, mühazirə “ASAN xidmət”, YARAT Müasir İncəsənət Məkanı, Beynəlxalq Muğam mərkəzi və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Qeyd olunan layihə çərçivəsində incəsənət sahəsində tanınmış ekspertlər tərəfindən ümumi mühazirələr təşkil olunur. Azərbaycan və dünya mədəniyyətinə, incəsənətinə həsr olunan mühazirələrdə “ASAN xidmət” mərkəzlərinin əməkdaşları, könüllüləri və vətəndaşlar iştirak edirlər.

Layihə müddətində bu günə kimi 3 mühazirə təşkil olunub və ümumilikdə 300 nəfər iştirak edib.

Silsilə mühazirələr iştirakçıların milli və dünya incəsənəti ilə bağlı biliklərinin artırılmasına yönəlib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm