Yaraşıqlı aktyor serialı niyə tərk etdi? – Foto
Bizi izləyin

Tabloid.az

Yaraşıqlı aktyor serialı niyə tərk etdi? – Foto

Yaraşıqlı aktyor serialı nədən tərk etdi?

“Sənə inanıram” serialında baş rolu - Həmidi canlandıran kinoaktyor Ruslan Sabirli serialı tərk edir.

Xəbərin həqiqətə uyğun olub-olmadığı barədə Ruslan Sabirli Publika.az-a açıqlama verib:

“Bəli, serialı tərk edirəm, lakin bu hər hansı bir qeyri-adi şərtlər səbəbindən baş vermir. Sadəcə serialın şəkilişlərinin bitməsi ilə əlaqədardır.

“Sənə inanıram” serialının çəkilişləri 24 seriya nəzərdə tutulmuşdu və müqaviləm də bu müddətə imzalanmışdı. Lakin tamaşaçılar üzülməsinlər, çəkilişlərin bitməsinə baxmayaraq serial aprel ayınadək efirdə olacaq. Həmişə olduğu kimi gələcəkdə də daha yaxşı layihələrlə tamaşaçıların qarşısına gələcəyəm.”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm