“Azərbaycanın gənc rəssamları İsveçrədə
Bizi izləyin

Tabloid.az

“Azərbaycanın gənc rəssamları İsveçrədə

Azərbaycanın İsveçrədəki səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin Müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı sərgi açılıb.


Publika.az-ın məlumatına görə, 16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditə olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.


Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı çıxış edərək ölkələr və xalqlar arasında əlaqələrin inkişafında mədəni tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlətimiz, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqımıza məxsus mədəni dəyərlərin təbliğində müstəsna rol oynayır.


Vurğulanıb ki, sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm