Baloğlan Əşrəfovdan Rauf Məmmədova cavab: “Bu, onun deyəcəyi söz deyil”
Bizi izləyin

Tabloid.az

Baloğlan Əşrəfovdan Rauf Məmmədova cavab: “Bu, onun deyəcəyi söz deyil”

Əməkdar artist Baloğlan Əşrəfov tanınmış bəstəkar Rauf Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Sənətçi Publika.az-a açıqlamasında bildirib ki, hər zaman R.Məmmədovun bəstələrini ifa edəndə onun adını çəkib:

“Rauf Məmmədov gözəl bəstəkardır, dostumuzdur, ona böyük hörmətim var. Amma inanmıram ki, o, belə ifadə işlətsin ki, Mübariz Mənsimov məni həmin mahnıya görə müalicə etdirib. Bu, onun deyəcəyi söz deyil. Həmişə onun adını çəkmişəm. Sadəcə, bəzən yaddan çıxa bilər. Bizim borcumuzdur ki, onun mahnısını ifa edəndə adını çəkək. Ola bilər, nəyəsə görə incik düşüb. Rauf bizim qardaşımızdır. Gözəl mahnılar yazıb, biz də azdan-çoxdan bacardığımız qədər oxumuşuq. Mübariz Mənsimovun məni onun mahnısına görə müalicə etdirməyinə gəlincə, Mübariz müəllimin valideynləri məni tanıyanda heç onunla dost deyildim”.

Qeyd edək ki, bəstəkar Rauf Məmmədov Publika.az-a müsahibəsində əməkdar artist Baloğlan Əşrəfovdan incidiyini bildirmişdi:

“Baloğlan Əşrəfov mənim yazdığım “Anam mənim” mahnısını oxuyub, o bəstə ilə pullar da qazanıb. Hətta o mahnıya görə Mübariz Mənsimov əməliyyat xərclərini də üzərinə götürüb. Son vaxtlar ondan çox inciyəm. Mənim mahnılarımı oxuyub, adımı çəkmir. Bu gün ən çox oxunan bəstəkarlardan biriyəm. Heç kimə embarqo da qoymuram. Mahnını düz oxusunlar, adımı çəksinlər. Kiminsə adını səhv desən, xoşuna gəlməz. Mənim üçün puldan da önəmli qiymət verilməsidir. Çünki mahnılarım mənim üçün əzizdir”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm