Erotik aktyor birinci oldu – FOTO
Bizi izləyin

Tabloid.az

Erotik aktyor birinci oldu – FOTO

“Sənə inanıram” və “Muradına çatan Günəş” seriallarının baş qəhrəmanı olan tanınmış kinoaktyor və rejissor Ruslan Sabirli daha bir ilkə imza atdı.

Aktyor “Facebook” sosial şəbəkəsində yalnız tanınmışlara verilən “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlı olduğunu deyib:

“Artıq hər dəfə yeni bir ilkə imza atmaq məndə adət halına çevrilib. Bilirsiniz ki, bir müddət əvvəl Rusiyanin ən iri sosial şəbəkəsi olan “Odnoklassniki” saytındakı profilimə “rəsmi səhifə” statusu verilmişdi. Bu dəfə isə dünyanın ən populyar “Facebook” sosial şəbəkəsindəki profilimə saytın administrasiyası tərəfindən yalnız tanınmış və məşhur insanlara təqdim edilən “rəsmi səhifə” statusu verildi. Ad və soyadımın qarşısındakı göy dairə həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir. Bundan sonra pərəstişkarlarımı profilimə abunə olmağa dəvət edirəm və məni digər yalan profillərlə səhv salmayacaqlarına inanıram. Onu da qeyd edim ki, istər “Facebook”, istərsə də “Odnoklassniki” sosial şəbəkələrində “rəsmi səhifə” statusunu alan ilk azərbaycanlıyam”.

Onu da qeyd edək ki, aktyor bir müddət öncə erotik fotoları ilə də diqqət çəkmişdi.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm