“Oskar”ı homoseksual təqdim edəcək
Bizi izləyin

Tabloid.az

“Oskar”ı homoseksual təqdim edəcək

2015-ci il fevralın 22-də keçiriləcək 87-ci "Oskar" mükafatlarının təqdimetmə mərasimində kimin aparıcılıq edib mükafatları təqdim edəcəyi məlum olub.

Axar.az xəbər verir ki, mərasimin aparıcısı “Ananla necə tanış oldum” (How I met your mother) serialından tanınan amerikalı aktyor, musiqiçi, prodüser, Emmi və Toni mükafatları sahibi Neil Patrik Haris olacaq.

Haris sonuncu dəfə Devid Finçerin son filmi “İtkin qız”da (Gone girl) rol alıb və göstərdiyi performansla tamaşaçıların rəğbətini qazanmışdı.

Xatırladaq ki, 1973-cü il iyunun 15-də doğulan aktyor 2006-cı ildə homoseksual olduğunu açıqlayıb. Bu il sentyabrın 7-də 2006-cı ildən bəri birlikdə olduğuaktyor Devid Börtka ilə evlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm