Qızın üc adaxlısı var - biri əməkdar artist Çingiz Əhmədovdur - FOTO
Bizi izləyin

Tabloid.az

Qızın üc adaxlısı var - biri əməkdar artist Çingiz Əhmədovdur - FOTO

Oktyabrın 25-də, saat 19-00 da Musiqili Komediya Teatrının səhnəsində Cənnət Səlimovanın yeni quruluşda “O olmasın, bu olsun” tamaşasının premyerası təqdim olunacaq.

Qeyd edək ki, Üzeyir bəy Hacibəylinin “O olmasın, bu olsun” operettası yazıldığı gündən bəri dünyanın bir çox teatrlarında, fərqli rejissorların təfsirində, fərqli aktyorların ifasında tamaşaya hazırlanıb və illər ötdükcə, zaman keçdikcə, nəsillər dəyişdikcə onun aktuallığı azalmayib, musiqisi dəbdən düşməyib, hər zaman zirvədəki əbədi yerini qoruyub saxlamağa müvəffəq olub. Azərbaycanda musiqili teatrının inkişafında və formalaşmasında mühüm əhəmiyyət kəsb edən bu əsər 1911-ci il aprelin 25-dən bu günədək səhnədədir və ölməz bəstəkarın ecazkar musiqisi XXI yüzillikdə də tamaşaçıları yenə öz sehrində saxlamaqdadır.

Xalq artisti Cənnət Səlimova ilk dəfə bu tamaşaya quruluş verəndə Məşədi İbad rolunu xalq artisti Hacıbaba Bağırov ifa edib, 2008-ci ildə tamaşa yenidən bərpa olunanda, bu obrazı Ramiz Məmmədov oynayıb. Bu dəfə isə Məşədi İbadın üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqi Hüseynov! Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edecəklər. Sənəm obrazının ifaçıları xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Naidə Orucova, gənc aktrisa Gülnarə Abdullayeva. Əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasiyev, Səmədzadə Xasiyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm