• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Elçin İmanov Faiq Sücəddinovu hədələdi: ”Ona qulaqburması verəcəyəm” – QALMAQAL / FOTO+VIDEO

Elçin İmanov Faiq Sücəddinovu hədələdi: ”Ona qulaqburması verəcəyəm” – QALMAQAL / FOTO+VIDEO

Tanınmış bəstəkar, xalq artisti Faiq Sücəddinov “Kişi sözü” verilişində həmkarı Elçin İmanovla bağlı kəskin fikirlər səsləndirib.

F.Sücəddinov Elçin İmanovun bəstəkar olmadığını deyib:

“Bu gün hamı özünə bəstəkar deyir. Elçin bəstəkar deyil. Bunun üçün Konservatoriyanı bitirmək lazımdır. Əgər Elçin İmanov bəstəkardırsa, mən diplomumu yandıraram“.

Publika.az-a müsahibə verən Elçin İmanovun qarşı tərəfə cavabı isə sərt oldu. Hətta İmanov, Faiq Sücəddinovu hədələməkdən belə çəkinmədi.

Həmin müsahibəni təqdim edirik:

- Sizcə, niyə Faiq Sücəddinov barənizdə belə sərt danışıb, “Əgər Elçin İmanov bəstəkardırsa, mən diplomumu yandıraram” deyib?

- Faiqin mənim barəmdə belə bir fikir səsləndirməsi heç mənim vecimə də deyil. Qoca kişidir, ağzına gələni danışır. Onun mədəniyyəti çatsaydı, efirdən belə bir fikir səsləndirməzdi, ən azı, sözü vardısa, üzümə deyərdi. O, yaxşı bilir ki, xalq məni necə sevir. Sadəcə, paxıllıqdan və məni həzm edə bilmədiyindən belə danışıb. Onun öz yazdığı mahnıları eşitmisiniz, biabırçılıqdır.

- Bəlkə, aranızda hansısa bir problem var, buna görə, həmkarınız sizin haqqınızda sərt danışıb?

- Əlbəttə, səbəb var. Xanım İsmayılqızının “Yalan” adlı şeirinə o, bir mahnı bəstələmişdi, həmin mahnını İlhamə Quliyeva oxumuşdu. Sonradan mən də həmin şeirə bir mahnı bəstələdim və Flora Kərimova oxudu. Bir müddət öncə Flora xanımın ifasında həmin mahnı ANS-də səs çoxluğu qazanandan sonra Faiqin üzü döndü. Mənim günahım deyil ki, xalq məni belə sevir, onun yox, mənim musiqilərimi dinləyir.

- Həmin hadisədən sonra münasibətiniz korlanıb?

- Münasibətimiz deyəndə ki, mənim bütün bəstəkarlarla normal ünsiyyətim var. Aygün Səmədzadə, Tahir Əkbər və digərlərini nəzərdə tuturam. Faiqi də görəndə salamlaşırıq. Sadəcə, həmin mahnıdan sonra aramız dəydi. Bu adam elə bilir ki, 8 milyonun içində təkdir. Əgər bir mətnə mahnı bəstələyibsə, daha ikinci bir bəstəkar ona musiqi yaza bilməz. Onun bir mahnısı var e, “Yenə o bağ olaydı”, biabırçılıqdır. Mən fikirləşdim ki, Mikayıl Müşfiq bizim gözəl şairimizdir, onun bu gözəl misralarına gözəl bir musiqi bəstələnməlidir. Bu biabırçı mahnıdan sonra həmin mətnə yazdım və çox da sevildi. Bu da onun xoşuna gəlmədi. Bu adam öz dilində düz-əməlli danışa bilmir. Rusdilli olmaq qəbahət deyil e. Mən özüm də rusdilliyəm, amma Azərbaycan dilində görün necə səlis danışıram. Onun efirdən mənim barəmdə belə bir fikir səsləndirməsi acizlikdir.

- Belə başa düşdüm ki, sizin eyni mətnə musiqi yazmağınız qarşı tərəfin xoşuna gəlməyib?

- Əlbəttə. Nə olsun, Hacı Xanməmmədov da “Yenə o bağ olaydı” şeirinə mahnı bəstələyib. Amma ondan sonra da bu şeirə müraciət olunub. Faiqin yanaşması düzgün deyil. Hər kəsin öz fikri, zövqü var. Xalqın zövqünə təsir edə bilməzsən. Faiq məni bəstəkar kimi qəbul etmir, özü bilər. Amma mənim bəstələdiyim “Küləklər”, “Ana dedim” mahnılarına baxın, Faiq elə musiqilər bəstələyə bilməz.

- Görürəm onun sözləri sizi bərk qəzəbləndirib, yəqin, zəng edib özünə də fikirlərinizi söyləyəcəksiniz?

- Yox, bu məsələ zənglə həll olunmayacaq. Mən onu görəndə qulaqburması verəcəyəm. Özü də kişi kimi.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR