Ölümdən dönən sənətçimizdən xəbər var
Bizi izləyin

Tabloid.az

Ölümdən dönən sənətçimizdən xəbər var

Oktyabrın 2-də ağciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilən müğənni Murad Sadıxdan xəbər var.

Sənətçi Publika.az-a açıqlamasında bildirib ki, hazırda səhhəti normallaşmağa doğru getsə də, müəyyən problemlər hələ də qalmaqdadır:


“Ara-sıra tədbirlərə qatılıram, amma ehtiyatla davranıram. Çünki həkimlər qətiyyən əsəbiləşməməyi məsləhət görüblər. Əgər əsəbiləşsəm, yenidən səhhətimdə ciddi problemlər yarana bilər. Hazırda müalicəm davam edir. İnşallah, yaxşı olacaq. Amma arabir təzyiqim qalxır, azacıq əsəbiləşən kimi ürək döyüntülərim artır. Dəvət olunduğum yerlərə də ehtiyatla qatılıram”.

Sabah Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Zaqatala rayonunda keçiriləcək dövlət tədbirinə qatılacağını deyən M.Sadıx yaradıcılığından da söz açıb:

““Daha nələr” adlı mahnım artıq hazırdır və bir neçə gündür ki, radio dalğalarında yayımlanır. Mahnının musiqisini Sevinc Tağıyeva, sözlərini Sevinc Şirin yazıb”.

Qeyd edək ki, oktyabrın 2-də ağciyər iltihabı diaqnozu ilə xəstəxanaya yerləşdirilən müğənninin həyatı üçün təhlükə var idi.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm