Bakı Caz festivalı başa çatdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakı Caz festivalı başa çatdı - FOTOLAR

Bakıda Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən Birinci Beynəlxalq Türkiyə Caz Festivalı tanınmış opera ifaçısı, ölkəmizdə fəaliyyət göstərən türkiyəli ifaçı Oya Ergünün konserti ilə başa çatdı.

Publika.az-ın məlumatına görə, məşhur ifaçının konsertində Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun da iştirak edib.

Konsert başlamazdan öncə çıxış edən səfir İsmayıl Alper Coşkun Oya Ergünə öz təşəkkürünü bildirib: “Bu möhtəşəm caz festivalının ümumi koordinatorluğunu üzərinə götürən Oya Ergünə öz təşəkkürlərimi bildirirəm. Biz Türkiyənin caz dünyasının tanınmış ustadlarını Bakıdakı caz həvəskarları ilə görüşdürdük. Azərbaycanda bu festivalı təşkil etmək bizim üçün böyük bir qürur oldu. Biz caz festivalına ən dəyərli caz ustalarını dəvət etdik. Ümid edirik ki, azərbaycanlı qardaşlarımız festival çərçivəsində keçirilən konsertlərdən məmnun qaldılar. Bu festivalda başda Oya Ergün olmaqla hər kəsə öz təşəkkürlərimi bildirəm”.

Daha sonra səhnəyə çıxan Oya Ergün Bakıda olmağından məmnunluğunu dilə gətirib, ölkəmizdəki pərəstişkarlarından xeyli məktublar aldığını qeyd edib.

Konsertin ərsəyə gəlməsinə görə Türkiyənin Azərbaycandakı səfirliyinə minnətdarlığını bildirən Oya Ergün öz ifası ilə dünyaya səs salan əsərlərini Azərbaycan tamaşaçılarına təqdim edib.

Musiqi axşamında tanınmış ifaçını Türkiyənin məşhur caz ustası Evrim Yüksək səhnə mədəniyyəti ilə musiqisevərlərin rəğbətini qazanmış Oya Ergün deyib: “Bu konserti çoxdan gözləyirdim. Hisslərimi sözlə ifadə edə bilmirəm. Burada çıxış etmək böyük məsuliyyət tələb edir. Ümidvaram ki, konsertə gələn insanlar da bizim hazırladığımız proqramdan çox məmnun qalacaqlar”.

Dünyanın bir çox şəhərlərində çıxış edən Oya Ergün tamaşaçılara unudulmaz anlar bəxş edib.

Məlumat üçün bildirək ki, Oya Ergün və Evrim Demirel Amsterdam Konservatoriyasında birlikdə təhsil alıblar. E. Demirel, eyni zamanda, bəstəkar kimi də fəaliyyət göstərir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm