• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakıda Caz Festivalı keçiriləcək

Bakıda Caz Festivalı keçiriləcək

Oktyabrın 19-30-u tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək.

Publik.az xəbər verir ki, Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Caz Mərkəzində dünya şöhrətli musiqiçilərin Terri Layn Karrinqton Kvarteti, Terens Blanşard Kvinteti, Anat Kohen Kvarteti, Mişel Kamilo Triosu, Stenli Klarkın qrupu, Kreyq Taborn triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda Azərbaycanın tanınmış ifaçıları- Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Proqram əlavə olunur:

Bakı Beynəlxalq Caz Festivalı

19 - 30 oktyabr 2014-cü il

19 oktyabr - Craig Taborn Trio

Beynəlxalq Muğam Mərkəzi

Saat 21.00

20 oktyabr - TERRY Line Carrington Kvartet

Beynəlxalq Muğam Mərkəzi

Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Elçin Şirinov f-no) və qrupu

Saat 21.00

21 oktyabr - "Rast" qrupunun yubiley konserti

Heydər Əliyev sarayı

Saat 20.00

22 oktyabr - Terence Blanchard Kvintet

Heydər Əliyev sarayı

Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Cəmil Əmirov (f-no) və qrupu

Saat 21.00

23 oktyabr - Anat Cohen Kvartet

Beynəlxalq Muğam Mərkəzi

Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Etibar Əsədli (f-no) və qrupu

Saat 21.00

24 oktyabr - Zaur Mirzəyev (saksofon) və qrupu

Beynəlxalq Muğam Mərkəzi

Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Salman Qəmbərov (f-no) və qrupu

Saat 21.00

25 oktyabr - Michel Camillo trio

Dövlət Filarmoniyası

Saat 19.00

Caz Mərkəzi - Rain Sultanov (saksofon) və qrupu

Saat 21.00

26 oktyabr - "Yeni adlar" adlı gənclərin konserti

Caz Mərkəzi

Saat 21.00

27 oktyabr - Trilok Gurtu

Dövlət Filarmoniyası

Saat 19.00

28 oktyabr - Stenli Klark

Heydər Əliyev sarayı

Saat 21.00

30 oktyabr - "Cəngi" caz qrupu

Mahnı Teatrı

saat 19.00

Caz Mərkəzi Arslan Növrəsli və qrupu

saat 21.00

Xəbər lenti

DAHA ÇOX XƏBƏR