“Qızıl portağal” sona çatdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Qızıl portağal” sona çatdı - FOTOLAR

Bu il 51-ci dəfə keçirilən “Qızıl portağal” Film Festivalının bağlanış mərasimi maraqlı anlarla yadda qalıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bağlanış qala konserti mükafatların sahiblərinə təqdim olunmasıyla yadda qalıb.

Antalya Ekspo Mərkəzində keçirilən tədbir qırmızı xalı mərasimiylə başlayıb. “Yeşilçam”ın və Türk kinosunun tanınmış simalarının da iştirak etdiyi mərasimdə qadın dəvətlilərin gözəlliyi göz oxşayıb.

Dünyaca məşhur kinoaktyor Jan Klod Van Damm isə pərəstişkarlarıyla əylənib, “selfie” çəkdirib. Kinoulduz media mənsublarıyla zarafatlaşmağı da unutmayıb.

Festivalda Kobani də unudulmayıb. Onur Ünlünün rejissoru olduğu “Etirazım var” filminin əsas rol ifaçılarından olan Büşra Pekin libasının yaxasına “Kobane” yazdıraraq diqqət çəkib.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm