Tünzalənin ad gününü belə təbrik etdilər - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Tünzalənin ad gününü belə təbrik etdilər - FOTOLAR

Əməkdar artist Tünzalə Ağayevanın bu gün doğum günüdür. Publika.az-ın məlumatına görə, müğənni 38 yaşını qeyd edir.

Sənətçi dostları Xəyyam Nisanov və Murad Arif isə onu “Instagram” səhifələrində təbrik edərək xoş sözlər yazıblar.

Murad Arif ürək sözlərini belə ifadə edib: “Doğmalığın xüsusi tərifə ehtiyacı yoxdur. Bu hiss ya var, ya da yoxdur. Çox xoşbəxtəm ki, səni tanıdım. Dostum, sirdaşım, doğma insanımsan. Həyatımda və ölkəmin musiqi həyatında olduğun üçün təşəkkür edirəm”.

“Ad gününüz mübarək, bütün arzularınız həyata keçsin”. Xəyyam həmkarına ürək sözlərini belə ifadə edib.

Qeyd edək ki, müğənni və bəstəkar olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Tovuzda anadan olub. O, musiqi məktəbinin piano sinfini bitirib və daha sonra təhsilini Gəncə şəhərində Qəmbər Hüseynli adına musiqi texnikumu fortepiano sinfində davam etdirib.

Tünzalə həm də Üzeyir Hacıbəyov adına Dövlət Musiqi Akademiyasında bəstəkarlıq dərsləri alıb.

Hələ 12 yaşındaykən Azərbaycanın xalq şairi Səməd Vurğunun sözlərinə “Sən o deyilsən” adlı ilk mahnısını bəstələyib. Daha sonra bu mahnı onun ilk albomuna daxil edilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm