“Müslüm Maqomayev haqqında xatirələr” ekrana çıxarıldı
Bizi izləyin

Tabloid.az

“Müslüm Maqomayev haqqında xatirələr” ekrana çıxarıldı

Oktyabrın 24-də xalq artisti Tofiq İsmayılovun “Salnamə” studiyasında çəkdiyi, dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş “Müslüm Maqomayev haqqında xatirələr” sənədli filminin təqdimatı olacaq.

Publika.az-ın məlumatına görə, filmdə Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələri, sənətkarın müxtəlif illərdəki ən gözəl ifaları, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrları yer alıb. Filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedev, Anatoli Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Təqdimat mərasimi saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm