“Elit star” Cəmilə bunu da etdi – ÖZƏL-FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Elit star” Cəmilə bunu da etdi – ÖZƏL-FOTOLAR

“Elit star” ləqəbli müğənni Cəmilə yeni veriliş açıb.

Bu barədə Publika.az-a özəl açıqlama verən sənətçi bildirib ki, proqram qürbətdə yaşayan həmyerlilərimizə həsr olunub:


“Azərbaycan teleməkanında belə veriliş olmayıb. Düzdür, müxətlif vaxtlarda buna bənzər layihələr görmüşəm. Amma heç biri belə deyil. Biz burada böyük çəkiliş qrupuyla ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın yaşadığı yerləri ziyarət edirik. Təsəvvür edin ki, Rusiyada dinimizə, şəriətimizə əməl edən ailələr var. Həm qürbətdə yaşayasan, həm də adət-ənənəni, təlim-tərbiyəni bu qədər qoruyasan, bu, hər adamın işi deyil. İlk çəkilişimiz Vladivostokda və ondan da 200 kilometr o tərəfdə yerləşən Ussuriyskdə oldu. Təsəvvür edin ki, orada soydaşlarımız gözəl bir məscid tikdiriblər”.

Qeyd edək ki, “Qürbətdən gələn səslər” adlanan veriliş “Dünya tv”-də hər həftənin şənbə günü 20:30-da yayımlanacaq.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm