75 yaşın şərəfinə - FOTO
Bizi izləyin

Tabloid.az

75 yaşın şərəfinə - FOTO

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Azərbaycan aşıq sənətində özünəməxsus yeri olan, əməkdar incəsənət xadimi, prezident mükafatçısı Aşıq Ədalət Nəsibovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində baş tutan tədbiri açan folklorşünas alim Qalib Sayılov aşıq məktəbinin ustad aşığı olan Aşıq Ədalət Nəsibovun yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra söz aşığın yubiley tədbirinə gələn qonaqlara verilib. Onlar da öz növbələrində çıxış edərək Aşıq Ədalət Nəsibovu təbrik ediblər və ona bundan sonrakı yaradıcılığında uğurlar arzulayıblar.

Tədbirdə qonaq qismində iştirak edən Aşıq Əli Tapdıqoğlu, Aşıq Vüqar, Aşıq Abdin Musayev, Aşıq Ədalət Dəlidağlı, Aşıq İlham Aslanbəyli, Aşıq Dəmir, Aşıq Mahmud Məmmədov, Aşıq Altay Məmmədli, Aşıq Şaiq İncəli, Aşıq Asif, Şirvan Aşıqlar Birliyinin sədri Aşıq Ağamurad İsrafilov və digərləri öz gözəl ifaları ilə rəng qatıblar.

Tədbirdə eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Musa Nəbioğlu, filologiya elmləri namizədi, Azərbaycan Aşıqlar Birliyinin üzvü Elxan Məmmədli də çıxış edərək, Aşıqlar Birliyi adından, həmçinin öz adlarından Aşıq Ədaləti təbrik ediblər, ona uzun ömür, can sağlığı arzulayıblar.


Tədbirin sonunda ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibov özü çıxış edərək, yubiley tədbirinin belə yüksək səviyyədə təşkilinə görə bütün təşkilatçılara öz minnətdarlığını bildirib, onun sənətinə göstərilən bu cür diqqət və qayğıdan məmnun olduğunu deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm